Veysəloğlu Şirkətlər Qrupu qanvermə aksiyası keçirib

Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün Veysəloğlu Şirkətlər Qrupu mütəmadi olaraq "Bir damla qan, qurtarılan bir can" şüarı ilə qanvermə aksiyaları keçirir.

"OLAYLAR"-a şirkətdən bildirilib ki, növbəti belə bir aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə aprel ayının son həftəsi ərzində Veysəloğlu Qrupun Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu.

Məlumat üçün qeyd edək ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR