Regional proqramlar İmişli rayonunda uğurla icra edilib

2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ötən 14 il ərzində uğurlu icrası respublikanın hər bir bölgəsinin simasını dəyişib, ölkənin hər bir şəhər və rayonunda, kənd, qəsəbəsində geniş quruculuq-abadlıq işlərinə yol açıb. Bu illər ərzində görülən işlər və əldə edilən nəticələr bunu bir daha təsdiqləyir.

Regional proqramların uğurlu cəhətlərindən biri də ondan ibarət idi ki, onların icrası zamanı hər bir bölgənin, regionun spesifik xüsusisyyətləri nəzərə alınıb və həmin istiqamətlər üzrə addımlar atılıb, işlər görülüb.

Ölkənin bütün regionlarında olduğu kimi İmişli rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. Proqramın icrasına başlanıldığı 2004-cü ildən bu günə qədər bu rayonda görülən işlərə nəzər yetirdikdə aydın təsəvvür yaranır.

İmişli rayonu kənd təsərrüfatı rayonu kimi ixtisaslaşdığından ötən müddət ərzində rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər nəticəyə hesablanmış işlər görülüb.Elə bunun məntiqi nəticəsidir ki, kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə rayon xüsusi fərqlənir və
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatı inkişaf edib. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib. Həmin tapşırıq və tövsiyələrin, eləcə də Dövlət Proqramının icrası nəticəsində keçən il İmişli rayonunda 18.250 ha torpaq sahəsində pambıq əkini işləri aparılıb.

2017-ci ilin birinci yarımilində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 93.706 başa, qoyunların sayı 250373 başa, quşların sayı isə 1036039 baş olub. Ət istehsalı (diri çəkidə) 5900 ton, süd istehsalı 24940.9 ton, yumurta istehsalı isə 18357 min ədəd olub. 01 iyul 2017-ci il tarixə kimi 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilib. Əkilmiş taxil sahələrindən 35,4 sentener məhsul toplanıb.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də  müvafiq işlər həyata keçirilib.
Azərbaycan Respublikasında "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə  sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri mütəmadi olaraq davam etdirilir. Rayon ərazisində suvarma sahəsində daha çox əhəmiyyət daşıyan "Boztəpə", Osmankanal", "Qızılarx" və "Xəkiarx" adlanan kanallarda təmizləmə işləri əsasən başa çatıb.

Dövlət proqramının icrası çərçivəsində rayonda geniş quruculuq-abadlıq işləri də aparılıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işləri həyata keçirilib. Şəhərin  Heydər Əliyev prospektində və  parkında, Bayraq  Meydanı ətrafında , Z.Əliyeva küçəsində isə  420 min manatlıq müvafiq abadlıq işləri aparılıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri həyata keçirilib. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulur.   
İmişli rayonunda regional proqramların icrası çərçivəsində əldə edilən ən böyük naliyyətlərdən biri yeni iş yerlərinin açıqlması olub. Belə ki, Azərbaycan Respublikasının Regionlarının sosial iqtisadi Dövlət Proqramlarının icrasına başlanan dövründən hesabat dövrünə qədər olan     müddətdə İmişli rayonunda  24710 yeni iş yeri yaradılıb.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtının yaxşılaşdırılması istiqamətində də təqdirəlayiq addımlar atılıb. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 240 ədəd  müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 85 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılıb. Belə ki, rayonun Mirili, Qaravəlli, Qızılkənd, Qulubəyli, Xəlfəli, Xubyarlı, Çaxırlı və Oruclu kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilib. Hazırda Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli və Göbəktala kəndlərində 10 və 0,4 kv-luq şəbəklərdə yenidənqurma işləri aparılır. İmişli Elektrik şəbəkəsində Enerji təchizatında problemlərin olduğu ərazilərdə 4 ədəd yeni transformator quraşdırılıb.
 

Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2017-ci ilin 6 ayında 6072 yeni fərdi ev, 12 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Beləliklə, 30 iyun 2017-ci ilə təbii qaz istehlakçıların ümumi sayı: əhali sektoru üzrə 23085 nəfər təşkil edib ki, onlardan 4456 nəfərinə yeni Smart tipli məişət qaz sayğacı quraşdırılıb. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 100 olub.  Rayonun  36 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilib, Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici və qazötürücü qurğular quraşdırılmış, qaz xətlərində təmir işləri aparılıb.

Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması məqsədilə torpaq sahələri ayrılıb. Yaxın zamanlarda tikintisinə başlanılacaqdır. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Göbəktala və Şahverdili kəndləri ərazisində su xəttinin çəkilişinə başlanılıb. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələri müçün inşa edilmiş 550 fərdi yaşayış evində mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilib. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılıb və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılıb, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılıb.

Göstərilən müddət ərzində rayonda investisiya qoyuluşunun həcmi də artıb. Belə ki.  iqtisadiyyatın əsas sahələrinin inkişafına 32.969.800 manat investisiya qoyulub. Qoyulmuş investisiya vəsaitinin 10.766.700 manatı  sənaye sahəsinə, 11.360.900 manatı kənd təsərrüfatının inkişafına, 10.279.400 manatı enerji və su təchizatının yaxşılaşdırılmasına, 3.275.000 manatı ticarət və xidmətə, 3.101.100 manatı yaşayış evlərinin tikintisinə,qalan vəsaitlər isə ticarət, nəqliyyat, rabitə, tikinti və digər sahələrə sərf edilib. Məlumat üçün qeyd edək ki, cənab Prezidentin Nazirlər Kabinetinin iclasında sosial-iqtisadi inkişafın aparıcı amillərindən biri kimi investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması və özəl investisiyaların cəlb edilməsi məqsədilə  sahibkarlara dəstək göstərilməsi  barədə müvafiq tapşırığına əsasən İmişli rayonunda iqtisadiyyatın əsas sahələrinə investisiyaların qoyulması ilə bağlı xarici və daxili investorların cəlb edilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvəti ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı və nümayəndə heyəti kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak edib. Nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olub.
İqtisadi islahatlar və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış "2016-2017-ci illər üzrə Regionların İnvestisiya Reytinqi" cədvəlində Bakı və Naxçıvan şəhəri daxil olmaqla 63 rayon və şəhər arasında İmişli rayonu 2016-cı ildə 13-cü, 2017-ci ildə isə 9-cu yerdə olub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR