Bakıda İƏT gənclər və idman nazirlərinin konfransı keçiriləcək

Aprelin 18-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin 4-cü Konfransı öz işinə başlayacaq. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki,  konfrans öncəsi,   Yüksək Məmurların Toplantısı keçiriləcək ki, burada Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamələrin layihələri üzrə qərarların qəbul edilməsi müzakirə olunacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirlərinin 4-cü Bakı Konfransı Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Konfrans öncəsi keçirilən toplantıda təşkikatçılar adından bəyanatlar oxunmuş, növbəti günün gündəlik və işçi proqramı qəbul edilmişdir. Daha sonra keçirilən müzakirələr nəticəsində öz işinə başlayacaq nazirlər toplantısının gündəliyi və işçi proqramı, İƏT Gənclər Strategiyasının layihəsi, 2019 - 2020-ci illər üçün Birgə Gənclər Fəaliyyət Planı, İƏT İdman Strategiyası üzrə İcra Planı, Gənclər Fəaliyyəti və İdman üzrə Qətnamələr qəbul olunmuşdur. Sonda iştirakçılar baş tutan görüş üzrə məruzəni qəbul ediblər.

Sabah Bakıda öz işinə başlayacaq 2 günlük toplantıda 40-a yaxın  İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələrinin iştirakı gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR