Diaspor təşkilatından “Vətənim Azərbaycan” layihəsi

Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə layihələşdirdiyi  "Vətənim Azərbaycan" layihəsi davam edir. Cəmiyyətdən "OLAYLAR"-a verilən məlumata görə,  Azərbaycana bir qrup gəncin səfərindən sonra bu iki təşkilat Avropada yaşayan son məktəb illəri, universitet mərhələsinə yüksəlmiş və ya artıq iş həyatına atılmış gənclərimizi Almaniyada bir araya toplamaq qərarına gəlib. Görüşün məqsədi ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan və Avropa ölkələri arasında elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifçilik işi aparmaq, avropada yaşayan gənclərimizin arasında dostluq əlaqələri qurmaq, gənclərimizin Avropa cəmiyyətinə inteqrasiyası və Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil olunmasına yaxından köməklik göstərməkdir.
Bu məqsədlə may ayının 9-dan 12-nə qədər Almaniyanın NRW torpağında tədbir keçirilcəək. Yaşı 18-28 arasında olan gənclər tədbirdə iştirak etmək üçün may ayının 1-nə qədər Cəmiyyətə müraciət edə bilərlər. Bütün xərclər qarşılanacaq. 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR