İslam dünyasının klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi

"Kainat" Gənclik Mərkəzinin bu illər ərzində İslam Əmakdaşlıq Təşkilatının ən iri  qurumlarından biri olan ISESCO-nun  iştirakı ilə "İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi" ni (20 yaşadək)  təşkil edir. Layihə bilavasitə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm Nazirliklərinin iştirakı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə artıq  7-ci dəfədir ki həyata keçirilir.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin bu ilki sayında Türkiyə,  Misir, Rusiya Federasiyası (Tatarstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair və Azərbaycanın gənc istedadları iştirak edib.  2018-ci ilin aprel ayının 9-dan 13-nə kimi Bakıda təşkil olunan müsabiqə qaliblərin mükafatlandırılması və Qala Konsert ilə başa çatmışdır.

Məlumat üçün bildiririk ki, müsabiqəmizin işinə uğurlar arzulayan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bununla əlaqədar tədbirin ünvanına rəsmi təbrik məktubunu da göndərmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev bu şad xəbəri müsabiqə iştirakçılarına çatdırdı. Mədəni proqram çərçivəsində müsabiqə iştirakçıları üçün Heydər Əliyev Mərkəzinə, "Heydər" Məscidinə, Azərbaycan Dövlət Filarmoniyasına ekskursiyalar da təşkil edilmişdir. Əcnəbi yaradıcı gənclər üçün ən əlamətdar görüşlərdən biri də Qara Qarayevin adını daşıyan Mərkəzi İncəsənət məktəbində oldu.

Müsabiqənin kiçik yaş qrupunun 3-cü yer mükafatçısı Ozodbek Ubaydullayev məktəbin müəllim və şagird heyəti üçün fortepianoda Q.Qarayevin bir neçə əsərini ifa etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR