Enerji içkiləri cinsi zəiflik yarada bilər - FOTO

Enerji içkilərinin ziyanları barədə dəfələrlə məlumat verilib. Enerji içkilərinin seksual həyatı gücləndirdiyi düşünülsə də, əksinə cinsi zəiflik yaradır.

Buna səbəb isə enerji içkilərinin tərkibindəki kofein və şəkər miqdarının çoxluğudur ( təxminən 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe).

Digər önəmli səbəb isə metal qabın hazırlanmasında istifadə olunan BPA-nın (Bisfenol A maddəsinin qısaldılmış adı) çoxluğudur.

Bir çox plastik və metal qabların hazırlanmasında istifadə olunan Bisfonol A maddəsi bədəndə qadın hormonu olan estrogen-i artıra bilər. Kişilərdə bu hormonun artması testosteronun (kişilik hormonu) azalması ilə müşahidə edilir ki, bu da cinsi zəiflik yaradır.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb.  Milli.az xarici mətbuata istinadla xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR