Hərbi vəziyyət zamanı hansı qaydalar tətbiq olunacaq?

Milli Məclisin Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında "Televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlara əlavələr müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, layihələrə dəyişiklik hərbi vəziyyətlə əlaqdardır. Sənədə əsasən fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Hərbi vəziyyət şəraitində qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitdədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Əlavələrə görə, hərbi vəziyyətlə əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçrülə bilər. Digər əlavəyə əsasən hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbqi edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR