Sosial reklamlar yeni qaydada yayımlanacaq

Milli Məclisinin Mədəniyyət Komitəsinin aprelin 17-də keçirilən iclasında "İctimai televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, layihəyə əsasən İctimai TV-də sosial reklam "Reklam haqqında" qanuna uyğun olaraq yayımlanacaq. Qanuna edilən əlavəyə görə, ictimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və ya akustik (səsli) şəkildə fərqlənməlidir.Digər əlavəyə görə isə sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanmalıdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR