Türkiyədə ətraf mühitə dair seminar keçirilir

Türkiyədə TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyası çərçivəsində "Tullantıların idarə olunması və genetik modifikasiya olunmuş orqanizmlərə dair qanunvericilik və onların icra olunması" mövzusunda seminar keçirilir. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, seminarda MM-in Səhiyyə Komitəsinin və TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanov iştirak edir. Komitə sədri müzakirə olunacaq mövzu barədə çıxış edəcək, qeyd və təkliflərini verəcək. Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə keçiriləcək tədbirdə bu sahədə çalışan ekspertlərin də iştirakı nəzərdə tutulub.Seminar aprelin 18-də başa çatacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR