Sadıq bəy Ağazadənin Əli bəy Hüseynzadəyə məktubu

Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirinin Müavini, Şərqşünas alim, general-mayor, Sadıq bəy Ağazadənin, Azərbaycan siyasi fikir tarixinin atalarından Əli bəy Hüseynzadəyə məktubu: "Əziz və sevimli qardaşım Əli bəy, 1939-cu il Türkiyəyə böyük bir faciə yaşatdı. Türkiyə öz atasını, qurucusu və xilaskarı Atatürkü itirdi. Mən sizin bu itkini necə dərin hüzünlə qarşıladığınızı bilirəm və bu hissi sizinlə bölüşürəm. Uzun müddətdir sizdən heç bir xəbər almıram. Ailəniz, uşaqlarınız, özünüz necəsiz? Nə işlə məşğulsuz? Sizə bu sətirləri hələdə zökəmnən tam sağalmamış yazıram. Burada artıq bir neçə həftədir ki epidemiya yayılıb. Ümumiyyətlə səhhətim ötən ilin iyun ayında zəifləyib. 3 ay yay tətillərini qripdən əziyyət çəkərək keçirtmişəm. Qardaşım, illər öz sözünü deyir. Şükürlər olsun ki, çətinliklə də olsa universitetdə çalışıram. Əziz, Londondan qayıdanda onunla görüşəcəyimə çox ümid edirəm. Əzizim, onun ünvanını mənə yaz. Əgər İstanbuldadırsa, ona salam de. Bütün qohumlarımı ürəkdən salamlayıram. Validə xanıma, Etiyə xanıma, Səadət xanıma, Endelif xanıma, Kamal Muxtar bəyə salam de. Uşaqları öpürəm. Ağasəlim və onun ailəsinə salam deyirəm. Sənin xatirini çox istəyən Sadıq. Səndən tez bir zamanda cavab gözləyirəm. Burada bir yəhudi tanışım var. Gənc, yaraşıqlı bir oğlandır. Adı Starkdır. Dermotologiya üzrə doktordur. Praqa universitetini qurtarıb. Burada mövcud olan bəzi qadağalara görə onun burada təcrübə keçməsinə razılıq verilmir. Çıxılmaz vəziyyətdə olduğumuz üçün Türkiyəyə mühacir olmaq istərdik. Dostum, zəhmət olmazsa Kamal Muxtar bəydən öyrənə bilərsənmi, əgər Stark İstanbula gəlirsə, orada hansısa tibb məntəqəsində iş tapa bilərmi?" 

11 yanvar 1939-cu il 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR