5 saatdan az yatanların nəzərinə

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Nizamsız yuxu bir sıra ciddi problemlərə yol açır. Bu problemlərə nəzər yetirək: Gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çox saylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qaşısını alır. Bundan əlavə, peyvənddən sonra orqanizmdə anti cisimlərin yaranması, yuxunun keyfiyyətindən asılıdır. Son tədqiqatlara əsasən gün ərzində 5 və daha az yatanlarda digərlərinə nisbətən piylənmə risqi iki dəfə artıqdır. Buna səbəb xroniki yuxusuzluğun, toxluq və aclığa cavabdeh hormonun ifrazını zəiflətməsidir. Bu hormonun balansının pozulması daimi aclıq hissinə səbəb olur.

Xroniki yuxusuzluq ürək-damar xəstəlikləri risqini artırır və arterial təzyiqi yüksəldir. Mütəxəssislərin fikrincə 5 saatdan az yatanların orqanizmaları qlükozanın transformasiyasını zəiflədir və şəkərin artmasına səbəb olur. Yuxuda orqanizm, dərinin elastikliyinə cavabdeh hormonlar ifraz edir. Bu hormonlar dəridə, qırışların əmələ gəlməsində həll edici rol oynayır. Yaxşı yuxu dəri hüceyrələrinin bərpasını yaxşılaşdırır. 

Yuxusuzluq sümük kütləsinin formasına maneələr törədir. Bu fakt isə sümüklərin zədələnməsinə səbəb olan bir sıra xəstəliklər yarada bilir.

Təkcə fiziki zərərlərə səbəb olmayan yuxusuzluq həmçinin depressiya və psixi pozuntularada səbəb olur. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR