Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunlarının Azərbaycan dilindən heç bir ali məktəbə qəbul olmayan namizədlərin bu fənn üzrə olan ötən ilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb:

"Yəni onların nəticələri iki il qüvvədədir. Nəzərdə tutulur ki, bu ildən yox, gələcəkdə buraxılış imtahanlarının nəticələri də ən azı 2 il qüvvədə olsun. Bunun tətbiqi üçün isə vaxt lazımdır". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR