Gənc xanımlar üçün təlim təşkil olunub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramıtərəfindənhəyata keçirilən "Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Gənclər Təşkilatları Milli Şurası ilə birgə "Rəqəmsal kommunikasiya strategiyası" mövzusunda 3 günlük təlim keçirilib. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, təlim gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasında İKT sahəsində təşəbbüskarlığı inkişaf etdirərək, onların Vətəndaş Cəmiyyətinin  inkişaf prosesində iştirakını təşviq etmək, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılması məqsədilə keçirilib.

Yalnız xanımlar üçün təşkil olunan 3 günlük təlimdə kommunikasiyanın əsas mesajları, hədəf qrupları və həmin qruplarla əlaqə qurmaq üçün kommunikasiya kanalları-alətləri, PR və böhran strategiyası, yeni media vasitələrinin kommunikasiya mühitində effektiv tətbiqi müzakirə olunub. Daha sonra mövzu üzrə qrup işləri və təqdimatlar təşkil olunub. Təlimin sonuncu günündə təşkilatçılar tərəfindən iştirakçılara şəhadətnamə təqdim olunub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR