Neftçalanın 19 kəndini əhatə edən yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri digər rayonlar kimi Neftçaladan da yan keçməyib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, 45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan tikinti layihəsinə uyğun olaraq, Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kub.m sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının qum-çınqıl və optimal qırmadaş qarışıqlarından tikintisi işləri aparılır.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün 80 ədəd yol nişanı, 47 ədəd km göstəricinin quraşdırılması, 141 km uzunluğunda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR