Nəsimi rayonunda 2018-ci ilin I rübünün yekunları müzakirə olunub

Nəsimi rayounda 2018-ci ilin I rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib. "Olaylar" xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyib. Asif Əsgərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı layihələr həyata keçirilib, nəhəng quruculuq işləri aparılıb. Nəsimi rayonunun inkişafına göstərilən daimi himayənin nəticəsidir ki, ilin əvvəlindən rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olub. Bunu konkret fakt və rəqəmlər də aydın göstərir. Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunub, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır. Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılmış, 21 layihə üzrə söküntü tikinti işləri aparılır.Ümimiyyətlə, rayon ərazisində xidmət təşkilatları və digər podrat qurumları çoxsaylı yenidənqurma, təmir-tikinti, abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparıblar. Əhalinin su, elektrik enerjisi, qaz və istilik təchizatı daim nəzarətdə saxlanılmış, qəzalar dərhal aradan qaldırılmış, xidmətin səviyyəsi yüksəldilib. Ərazidəki təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahə müəssisələrinin ahəngdar fəaliyyəti təmin edilmiş, hər sahədə səmərəli iş qurulmasına kömək göstərilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR