Vəzifə başında dünyasını dəyişən məmurlarımız - Siyahı

Milli Məclisin üzvü, Cəbrayıl rayonundan deputat Astan Şahverdiyev dünən - 15 aprel tarixində 71 yaşında vəfat edib. Bu fakt vəzifə başında dünyasını dəyişən məmurlarımızı gündəmə gətirib.

Son illərdə vəzifə başında dünyasını dəyişən məmurlardan bəzilərini təqdim edirik:

1. Abbas Vəlibəyov, səhiyyə nazirinin birinci müavini - 8 aprel 2018.

2. Abbas Ələsgərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - 18 fevral 2018-ci il.

3. Mərdan Mərdanov, Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri - 22 mart 2017-ci il.

4. Natiq Əliyev, Azərbaycanın Energetika naziri - 8 iyun 2017-ci il.

5. Rauf Pənahov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini - 7 iyun 2017-ci il.

6. Ağamustafa Vahidov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - 8 dekabr 2017-ci il.

7. Harun Vahabov, Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi - 14 avqust 2017-ci il.

8. Mehdi Əsədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyanın sədri vəzifəsini icra edən - 30 sentyabr 2017-ci il.

9. Arif Vəliyev, Dövlət Statistika Komitəsinin sədri - 23 iyun 2014-cü il.

10. Həsənəli Qədimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərpoçt MMC-nin baş direktor müavini - 6 iyun 2015-ci il.

11. Abbas Salmanov, Azərbaycanın baş xəzinədarı - 14 aprel 2015-ci il. //Axar.az//

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR