Bakı-Qazax yolunda qəza - Xəsarət alan var

Bakı-Qazax avtomobil magistralında yol-nəqliyyat hadisə baş verib. Yolun Samux rayonu, Zazalı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənova Kəmalə Qara qızı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR