Paytaxtda yeni virus yayılıb? – Professor açıqladı

Son vaxtlar əhali arasında, xüsusən də uşaqlarda qızdırma, öskürək kimi halların geniş yayılması müşahidə olunur. Paytaxtda artan bu xəstəliyin yeni bir virus olması haqqında gəzən şayiələr insanlar arasında narahatlıq yaradır.

Məsələ ilə bağlı danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, paytaxda qeydə alınan bu hal havaların qeyri-sabit keçməsi ilə əlaqədardır:

"Ölkədə idenfikasiya olunmuş virusun olmasından bəhs edə bilmərik, çünki bu barədə rəsmi məlumat yayılmayıb. Bunlar soyuqdəymə xəstəlikləri, istilik problemləri ilə əlaqədar yaranır. Digər tərəfdən, əhali arasında son vaxtlar yaz mövsümü ilə əlaqədar olaraq, soyuqdəymə geniş yayılıb. Geyimin düzgün seçilməməsi, havanın tez-tez dəyişməsi bu xəstəliyin yaranmasına səbəb olur. Yuxarı tənəffüs yollarında mövcud olan 10-dan çox infeksiyanın fəallaşması nəticəsində insanların səhhətində problemlər yaranır".  Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR