Şah İsmayıl Xətainin vəsiyyəti 

1524-cü ilin baharında, Novruz bayramından az sonra Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxır. Şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verir ki, qazilər və Şəki əyanları, Gürcüstanla Şəki arasında yerləşən, "Şah dağı" adı ilə məşhur olan yerdə, cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql olunur ki, keçmiş sultanlar o vilayətdə şah dağına pənah aparan ovun ardından getməzdilər. Buna görə də o dağda çoxlu cüyür var imiş. Onları ovlamaq uğursuzluq əlaməti sayılırmış. Bu məsələni Xətaiyə ərz etsələr də, Xətai ovun başlamasını əmr edir. İstəyinə çatdıqdan sonra isə Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və yoldan tələm-tələsik Təbrizə yola düşür. Sarab yaxınlığındakı Nanqutay adlı yerdə halı o qədər pis olur ki, düşərgə salınır. Həkimlərin müalicəsi bir fayda vermir. Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Şah İsmayıl Xətainin vəsiyyəti bugünkü günümüzə belə çatıb: "Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox mübarizə apardım, müharibə olmasın dedim, olmadı. Budur Çaldıran döyüşündən 10 il ötüb. Hələ bir dəfə də olsun üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb. Ömrümün son günlərini yaşayıram. Sizin üçün bu az ömrümdə əlimdən gələni etdim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir xışma torpağını bir ovuc qızıldan, türk dilimizin bir kiçik sözünü belə bir ölçü ləl-cəvahiratdan üstün bildim. Hər ikisinin, vətənimizin və dilimizin, əbədiyyəti üçün nə bacardımsa onuda etdim. Yaxşı nə başladımsa onu göyərdin. Səhvlərimi təkrar etməyin. Sizə vəsiyyətim budur. Sizə 3 əmanət qoyub gedirəm: Dinimizi, vicdanımızı, vətənimizi. Onlar sizə əmanətdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR