Yaddaşı yaxşılaşdırmağın mümkünlüyü sübut edildi

ABŞ alimləri beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplantat vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.

Tədqiqat işi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi tərəfindən maliyyələşdirilir. Neyroimplantat beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.

Tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplantat digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (Limbik sistemin bir hissəsi olmaqla məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantatlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.

Tədqiqat müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirildiyini bildirərək neyroimplantatın insanlar üzərində bu dərəcədə effektiv işləməsinə təəccübləndiyini gizlətməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR