Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 10-da İndoneziyanın "Trans 7" telekanalının prodüseri Nadria Fitrianı qəbul edib. Dini Komitənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanda olan dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə qayğı və dövlətin bu istiqamətdə yürütdüyü siyasət barədə sualları cavablandırıb. Azərbaycanın multikultural mühiti barədə jurnalisti məlumatlandıran Mübariz Qurbanlı ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün hər cür şəraitin yaradıldığını, onların bərabər hüquqlarının təmin olunduğunu diqqətə çatdırıb. 2017-ci ilin ölkəmizdə Prezident cənab İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edildiyini vurğulayan Dövlət Komitəsinin sədri Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində verdiyi töhfələr barədə də danışıb.

Ölkəsində yayımlanan "Jazirah İslam" verilişinin çəkilişi üçün ölkəmizdə səfərdə olduğunu bildirən jurnalist burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Veriliş barədə məlumat verən qonaq orada Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, dinə dövlət qayğısı, tolerantlıq mühitinin öz əksini tapacağını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR