Universitetdə “Səfirlik günü”

Martın 28-də Azərbaycan Dillər Universitetində  "Səfirlik günü" adlı tədbir keçirilib.

Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrdən danışıb. O, Macarıstanda fəaliyyət göstərən ali təhsil müəssisələri haqqında məlumat verib. Bundan əlavə, Macarıstanda məskunlaşan milli azlıqların sayı, dili və sıx yaşayış yerlərindən danışan səfir V.Szederkenyi Azərbaycanda multikulturalizm dəyərlərindən söz açıb.

Macarıstan Milli Kitabxanasının direktoru Laslo Boka məşhur macar şairi və liberal inqilabçı Petöfi Şandor haqqında məlumat verib. O, P.Şandorun həyat və yaradıcılığından, yaradıcılığında yer alan əsərlərin mövzularından, həmçinin inqilabçılıq fəaliyyətindən danışıb.

Daha sonra iştirakçılar "Budapeştdə bir gün" filmini izləyiblər.

Qeyd edək ki, tədbirdən öncə şair P.Şandorun portreti ADU-nun divarlarındakı tanınmış şəxsiyyətlərin portretləri sırasına asılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR