Məktəbdə dava – FOTO / VİDEO

Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən 189-190 saylı Tam Orta Məktəbdə insident baş verib. Məktəbdə təhsil alan şagirdlər arasında mübahisə olub. Təhsil ocağının daxilində baş verən mübahisə, sonradan məktəbin həyətində valideynlərin müdaxiləsi üzündən əlbəayaxa davaya çevrilib.Səs-küyə ətrafdakı insanlar da biganə qalmayaraq, tərəfləri ayırmağa cəhd ediblər. Davanın səbəbkarı olan digər valideyn, şəxsi avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşıb.

İnsidentlə bağlı məktəbin direktoru Ceyran Quliyeva ilə əlaqə saxlanılıb. Direktor "Küçədə olan davaya mən cavabdeh deyiləm" deyərək, əməkdaşımızın digər sullarını cavabsız qoyub. Qəribə məntiqdir. Görəsən məktəbin həyəti nə zamandan küçə sayılıb? Təhsil ocağında baş verən hadisəyə direktorun biganə münasibəti suallar yaradır. Olaylar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR