Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu ilə görüşüb

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə. nazir qonaqları salamlayaraq Almaniya - Azərbaycan arasında turist mübadiləsindən, turislərin sayının artırılmasının vacibliyindən söz açıb. Bildirib ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-ci ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərib. O, Almaniyanın turizm bazarının ölkəmiz üçün Avropada prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə Berlində keçirilən "İTB Berlin" sərgisində ölkəmizin hər il iştirak etdiyini, 2013-cü ildə sərginin rəsmi tərəfdaşı olduğunu qeyd etdi. O bildirdi ki, sərginin təşkilat komitəsi ilə mütəmadi danışıqlar aparılır və gələcəkdə ölkəmizin turizm potensialının təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi də planlaşdırılır. Həmçinin, dövlət tərəfindən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması turistlərin sayının artımında mühüm rol oynadığını vurğuladı.

Fəxri konsul Otto Hauser bildirdi ki, Azərbaycanın turizm potensialının təbliği məqsədilə ölkəmizin Almaniyada keçirilən sərgilərdə iştirakı mühüm rol oynayır. O, Almaniyanın Ştutqart şəhərində keçirilən "CMT" beynəlxalq turizm sərgisində gələcək illərdə ölkəmizi rəsmi tərəfdaş qismində iştiraka dəvət etdi və qeyd etdi ki, bu turist artımına yüksək təsir göstərə bilər. Həmçinin fəxri konsul, bu il 7 gün keçirilmiş bu beynəlxalq turizm sərgisində 280 mindən çox adamın iştirak etdiyini və iştirakçılar arasında keçirilmiş sorğuya əsasən ölkəmizə marağın yüksək olduğunu qeyd edib.

Nazir bildirdi ki, Azərbaycan Almaniyadan turistlərin cəlb olunmasında olduqca maraqlıdır və ölkəmizdə bunun üçün turizmin müxtəlif növləri inkişaf etməkdədir. Həmçinin, alman turistlərinin Azərbaycana səfəri üçün ən başlıca səbəblərdən biri kimi ölkəmizdə  alman yaşayış məskənlərinin mövcud olmasını vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR