Universitetində oftalmoloji müayinələr

Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb. Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafından danışıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, öz növbəsində, təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı danışıb, BDU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonrda BDU və MOM arasında anlaşma memorandumu imzalanıb. Memorandumda müvafiq elm sahələrində qarşılıqlı maraq doğuran və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak nəzərdə tutulub.

Qeyd edək ki, bu gün həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı Dövlət Universitetində humanitar aksiya keçirib. Səyyar Klinikada 200-dək tələbə və müəllim heyəti müayinə olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR