Azan sədaları altında 118 ağaca qənim kəsilən Hacı İlyas-FOTO-VİDEO

Veteninfo.azxəbər verir ki, son illər ölkə prezidenti Cənab İlham Əliyev ölkədə yaşıllaşdırma istiqamətində bir çox təxirəsalınmaz addımların atılması üçün vermiş olduğu tapşırıqlar təkcə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən deyil,müxtəlif dövlət orqanları və eyni zamanda ekalogiya və ətraf mühitin qorunması ilə məşğul olan QHT-ı tərəfindən də əsas götürülərək,müxtəlif növ ağacların əkilməsi ilə həyata keçirilib.Eyni zamanda Ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun vitse-prezidneti Leyla xanım Əliyevanın təşəbbüsü ilə də "Hərəyə bir ağac əkək" aksiyası çərçivəsində də yüz minlərlə ağc və müxtəlif kol bitkiləri əkilərək ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya böyük töhfələr verilib.

Amma gəl ki,dövlət səviyyəsində ətraf mühitin qorunması ilə bağlı yüz min manatlar sərf edildiyi halda,bəzi işbazlar özlərinin şəxsi mənfəətləri üçün yaşıllıq zolaqların məhv etməyə and içiblər.

[video=http://]

Belə işbazlardan və təbiət qatillərindən biri də özünü Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin yaxın qohumu kimi təqdim edən "Ceyhun-3" İstehsalat Kommersiya Firmasının rəhbəri Hacı İlyasdı.

Hacı İlyas Xətai rayon Zığ yolu küçəsi 4 ünvanda yerləşən ərazini ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra müqaviləsi alaraq kommersiya fəaliyyəti ilə məşğul olmaq adı ilə mənimsəyir.Sonra isə qeyd edilən ünvandakı sahənin özəlləşdirmə çıxarışını alaraq özəlləşdirir.

[video=http://]

Artıq "Burda mənəm,Bağdatda kor xəlifə" deyərək məlum olmayan səbəblərdən əldə etdiyi ərazidəki ağacları necə və hansı yolla yoxa çıxartmaq üçün yollar axtarmağa başlayır və tapır.Belə ki,ilk olaraq Xətai rayon Məhkəməsinə müraciət edərək əridə mövcud olan 20 illik ağacların köçürülməsi üçün məhkəmə qərarı almağı bacarır.

Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz ərazidə Ailəvi İstirahət Resotoranı fəaliyyət göstərir və 20 il əvvəl bu istirahət mərkəzinin fəaliyyətə başladığı dövürdə ərazidə yaşıllaşdırma işləri aparırlar.Ailəvi istirahət mərəkzəinin rəhbəri Qadir Əhmədov və Əli Əliyev 2015-2016-2017-ci illərdə,yəni Hacı İlyas qeyd edilən sahəni müxtəlif yollarla sənədləşdirdikdən sonra,ərazidəki 12 tut aşacı,30 sərv ağacı,3 iydə ağacı,4 qovaq ağacı,1 heyva ağacı,1 qaraağac ağacı,2 qlediça ağacı,10 əncir ağacı,1 xurma ağacı,2 söyüd ağacı,22 nar kolu ağacı, 20 ədəd yeni əkilmiş şam və sərv tingləri, meyvə tingi 10 ədəd olmaqla ümumilikdə 118 ədəd ağac və kol bitkisinin bioloji inkişafda olduğu müəyyən edilərək aktalaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamentinin əməkdaşı məsləhətçi-müfəttişi Hüseyn Məmməd oğlu Adgözəlovun tədbiq etdiyi aktla "Ceyhun-3" İstehsalat Kommersiya Firmasının rəhbərliyinə,yəni Hacı İlyasa təhfil verilir.

Çox maraqlıdır ki,bu aktlar nə az-nə çox düx üç il ardı-ardına tədbiq edilib.Amma nədənsə yuxarıda qeyd etdiyimiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamenti məhkəmədə 118 ağacı hacı ilyasın imansızlığının öhdəsinə buraxa bilir və Hacı ilyas da 2018-ci il martın 10-11-də (Şənbə-bazar) fürsəti əldən verməyərək səhər-səhər Azan sədaları altında ağacları köçürmə adı altında soyqırıma START verir.

[video=http://]

Maraqlısı budur ki,Hacl İlyasın bu soyqırımı həyata keçirdiyi zaman ona müvafiq dövlət orqanlarından bir nəfər belə öz etirazını bildirmir.Çün ki,Hacı İlyas özünü Şeyx həzrətlərinin qohumu olduğunu və gələnləri də QMİ sədri ilə qorxudur.

Amma xatırladaq ki,müasir Azərbaycanımızın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev bütün çıxışlarında Azərbaycanda təbiətin mühafizəsi və yaşıllaşdırma istiqamətində ciddi addımların atılmasın tələb etməklə yanaşı,eyni zamanda qanunsuz olaraq ağacların məhv edənlərə qarşı qanunla ciddi tədbirlər görülməsin vurğulardı.Ulu Öndərimiz dəfələrlə bəyan edirdi ki, hər bir kəsilən ağc onun qolunun kəsilməsi olaraq hesab edir.

Təqdim edəcəyimiz foto və videolar isə Hacı İlyasın necə bir dindar olduğunu və necə soyqırım həyata keçirdiyinin bariz göstəricisidir.

Vətəninfo.az

[video=http://]

 [video=http://]

[video=http://]




















 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR