Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 12-də saat 18 radələrində Salyan rayonunun Düzənli kəndində Yolüstü kənd sakini Pərviz Qaraxanovun idarə etdiyi "VAZ-21099" və Sumqayıt şəhər sakini Ruslan Şirəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə R.Şirəliyev və sərnişinlərindən anası Kəklik hadisə yerində ölüb, digər 1 sərnişini, habelə P.Qaraxanov xəstəxanaya yerləşdirilib. Salyan RPŞ tərəfindən araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR