Abşeron yarımadasında 9 göl bərpa olunacaq, Böyükşorun bir hissəsi qurudulacaq

"Təmiz Şəhər" ASC 2018-ci ilin ortalarına Böyükşor gölünün bərpasının ikinci mərhələsi çərçivəsində layihə işlərinə başlamağı planlaşdırır. Bu barədə ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov deyib. O qeyd edib ki, layihənin birinci mərhələsi çərçivəsində artıq 300 hektar ərazi təmizlənib. 15 hektar ərazidə park və bulvar salınıb.

E.Abbasov əlavə edib ki, ikinci mərhələdə 800 ha ərazi təmizlənəcək: "Bundan 400 hektar sahə qurudulacaq. Belə olan halda, gölün ümumi sahəsi 700 hektar təşkil edəcək". İdarə heyəti sədrinin sözlərinə görə, ASC-nin planlarında ümumilikdə Abşeron yarımadasındakı 9 gölün bərpası da var: "Bundan başqa, cari ilin payızında Zığ gölünün 100 hektar sahəsinin bərpası üzrə layihə işləri başa çatdırılacaq". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR