Azərbaycanda sosial inkişaf kursu uğurla davam etdirilir

Nazir: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ildən-ilə artır"

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Bu artımlar ümumilikdə 3 milyon 123 min nəfəri və ya respublika əhalisinin 31,55 faizini əhatə edir və qeyd olunan sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb. Nazir qeyd edib ki, əvvəlcədən sistemli şəkildə aparılmış təhlillər əsasında sosial ödənişlərə edilən bu artımlar prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin ildən-ilə davam etdirilməsinin növbəti əyani təsdiqidir. S.Müslümov diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatlar dünyada, xüsusən də regionda narahatedici proseslərin davam etdiyi 2017-ci ildə də Azərbaycanda xalq-iqtidar birliyinə əsaslanan möhkəm ictimai-siyasi sabitlik zəminində dayanıqlı iqtisadi inkişafa, bütün sahələrdə yeni irəliləyişlərə səbəb olub: "Eyni zamanda, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. Belə proqramlardan biri kimi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən il nazirlik tərəfindən bu təbəqələrdən olan 315 nəfərə mənzillər (o cümlədən 148 nəfərə yeni inşa olunmuş binalardan mənzil, 167 nəfərə fərdi yaşayış evi) təqdim edilib. Bununla da indiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb". S.Müslümov sosial təmin sisteminin səmərəliliyinin artırılmasının bu sistemin sosial rifahda və yoxsulluğun azaldılmasında rolunun getdikcə artmasını şərtləndirdiyini qeyd edib: "Bunun təzahürü kimi, həmin sistemin mühüm komponentlərindən olan pensiya təminatında artım dinamikası ildən-ilə artır. Ötən il də pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR