Avtomobil 10 yaşlı uşağı vurub öldürdü

Xəzər rayonunun Zuğulba qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR