Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün öz aktuallığını qoruyub saxlayır

Azərbaycan xalqının formalaşmasına milli dəyərlərimizin təsiri böyükdür

Azərbaycan müstəqillik əldə etdikdən sonra hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı, bu sahənin inkişaf etdirilməsinə yönəlik sistemli, ardıcıl addımlar atıldı. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsində bir çox zəngin mədəni nümunələrimiz YUNESKO-nuin mədəni irs siyahısına düşdü, mədəniyyət sahəsində mövcud olan qanunvericlik aktları günümüzün tələblərinə uyğunlaşdırıldı. Hazırda da hər bir sahə kimi mədəniyyət sahəsi öz inkişaf dövrünü yaşayır.

Millət vəkili Ülviyyə Həmzəyeva da deyir ki, Azərbaycan xalqı hələ Sovet hakimiyyəti illərində böyük mədəniyyət məhsuldarlığı nümayiş etdirib, dünyanın mədəniyyət xəzinəsini bir sıra yüksək səviyyəli sənət əsərləri, görkəmli yaradıcı simalarla zənginləşdirib. Millət vəkili bildirib ki, XX əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizdə dövlətin mədəniyyət siyasəti Ümummilli lider Heydər Əliyev tərəfindən yenidən müəyyənləşdirildi. Onun sözlərinə görə, Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə kifayət qədər böyük maliyyə vəsaitləri ayrıldı: "Bu güm Azərbaycan xalqının yüksək mədəniyyəti onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir. Ölkə rəhbərliyinin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, dövlətimiz xalqın dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün hər cür şərait yaradır. Ümumiyyətlə, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli dəyərlərə, adət-ənənələrimizə biganə münasibət gələcək üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmuş və tarix səhnəsindən birdəfəlik siliniblər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bizim milli dəyərlərimizin qorunması və inkişafı Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dünyada heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində Ulu öndəri­miz qədər şəxsi əzmkarlıq göstərməyib. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə Özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi". Millət vəkili deyib ki, Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi: "Bu gün Heydər Əliyevinmədəniyyət sahəsində   başladığı islahatları uğurla davam etdirilir. Milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində  daha  böyük  nailiyyətlərə imza adılır. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarına uyğun və milli dəyərləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bu günə kimi, bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Muzeylər haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar və bir çox digər qanunlar Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənib.Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Arxeoloji irsin qorunması haqqında" konvensiyalara qoşulub. BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyəti dünyada təbliğ edilir, eyni zamanda, dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusilə böyük xidmətləri vardır.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR