Karabük Universitetində Xocalı soyqırımı qurbanları anıldı

Fevralın 27-də Türkiyənin Karabük Universitetində Azərbaycan Tələbə Təmsilçiliyinin və KADER-in (Kadın və Demokratiya Klubu)  Xocalı soyqırımına həsr etdiyi  konfrans və fotosərgi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Türkiyənin himnləri səsləndirilib.

Konfransda Universitetin prorektoru, professor Mustafa Yaşar, dosent və siyasi araşdırmalar kafedrasının müdiri Ələsgər Ələsgərli, dosent Mərziyyə Məmmədli, dosent Ümit Kedikli  və Tələbə Təşkilatının sədri Cavidan Kərimli çıxış edərək Xocalı faciəsinin səbəbləri, təşkilatçıları, törədiciləri və dünya ictimaiyyətinin bu soyqırıma münasibətindən danışıblar. İctimaiyyəti türk xalqlarına qarşı törədilən soyqırım  ədalətsizliyi və ikili münasibətlərə qarşı daha həssas və diqqətli olmağa çağırıblar.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR