Qaz çəkilən bəzi rayonlar hələ də odundan istifadə edir

Meşələrin qırılmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Regionların sosial-iqtisadi inkişfı dövlət proqramları çərçivəzində respublikanın əksər bölgələri təbbi qazla təmin olunub. Hətta bir sıra ucqar dağ rayonlarına tarixdə ilk dəfə olaraq qaz xətti çəkilib. Rəsmi statistik məlumata görə, hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Ölkənin bütün iri şəhər və rayonları qazla 100 faiz təmin edilib. Qalan ərazilərdə də qazlaşdırma prosesi davam etdirilir. Lakin araşdırmlar deməyə əsas verir ki, bir sıra rayonlarda hələ də meşələrin "soyqırımı" davam etməkdədir. Daha doğrusu, insanlar hələ də odundan yanacaq kimi istifadə edir ki, bu da meşələrin qırılması ilə müşayət olunur. Araşdırma zamanı ortaya çıxan mənzərə ondan ibarət oldu ki, vətəndaşlar əsasən iki səbədən odundan istifadəyə üstünlük verirlər: təbbi qazın aşağı təzyiqlə verilməsi və Tarif Şurası tərəfindən maye qazdan istifadədə qiymət limitinin müəyyən edilməsi. Beləliklə, qazın aşağı təzyiqlə verilməsindən siu-istifadə edən vətəndaşılar odundan istifadə etməklə qaza xərclənən vəsaitə qənaət etmək məqsədi güdürlər. Belə bir vəziyyətin yaranması ölkədə yaşıllşdırma kompaniyası çərçivəsində həyata keçirilən müşəsalma prosesinə ciddi zərbədir. Halbuki aidiyatı mərkəzi və yerli icra strukturları ölkədə yeni meşələrin salınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədirlər. Məlumat üçün qeyd edək ki, təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2017-ci il ərzində meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə meşə fondu torpaqlarında 2017-ci ildə 10152,2 ha sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 4002.2 ha sahədə aqromeşələr, o cümlədən cənub zonasında 55 ha ərazidə sitrus bağları salınıb, 1538,9 min ədəd (feyxoa, mandarin, portağal, yapon əzgili, limon) ağac əkilib. Yeri gəlmişkən xatırladaq ki, hazırda ölkədə meşələrin təbbi qartımı və bərpasına ciddi diqqət yetirilir. Təsadüfi deyil ki, dövlət tərəfindən bu məqsədlə 6150 ha sahədə aparılıb. Eyni zamanda, 53,9 ha sahədə toxum səpilib, 31,76 ha sahədə 1427,8 min ədəd toxmacar və 47,19 ha sahədə 3410 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35361,454 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib ki, bunun da 6046,97 min ədədi meyvə cincləridir. Meşə fondu ərazilərində meyvə bağlarının becərilməsi məqsədilə 13238 ha sahədə xidmət, 17850 ha sahədə suvarma işləri aparılıb. Toxum tədarükü sahəsində 59795,3 kq müxtəlif növ meyvə ağacları və kol cinslərindən toxum tədarük edilib. Meşələrin salınması prosesi təkcə rayonlarda deyil, eləcə də Bakıətrafı rayon və qəsəbələrdə həyata keçirilir. Bu isə sözügedən ərazilərdə bağ sahələrin məhv olunmasının qarşısının alınmasına yönəlib. Qeyd edək ki, Bakıətrafı bəzi qəsəbələrdə də qazın təzyiqi aşağı olduğundan bağların qırılması halları müşahidə olunur. Belə faktların daha çox Sumqayıt və Novxanı bağlarında qeydə alındığı bildirilir. Məhz bu kimi amillər nəzərə alınaraq Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun ətrafında, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin ətrafında, Hacıqabul rayonu ərazisində Kalmas yolunun ətrafında, Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilıb, xərtiələşdirilib və torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunub. Bir il ərzində 948850 ədəd tut tingi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölgüsünə əsasən müxtəlif rayonlarda tut bağlarının salınması üçün baramaçılığın inkişafı ilə məşğul olan təşkilatlara, fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə ödənişsiz olaraq paylanılıb. Onu da qeyd edək ki, son illərdə baş verən yanğın hallarının sayının artması meşələrin məhv olması təhlükəsi yaradıb. Mütəmadi baş verən meşə yanğınları meşə fodunun azalmasına təsirsiz ötüşmür. Bu hallar nəzərə alınaraq ölkədə meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə aidiyyati qurumlar tərəfindən Azərbaycan Respublikası "Yanğın Təhlükəsizliyi Haqqında Qanun"-un tələblərinə uyğun olaraq, hər ildə olduğu kimi cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilib, əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, bir çox yerlərdə meşə ətrafı ərazilərin minerallaşdırılması həyata keçirilib, gündəlik növbətçiliklər təşkil edilib. Yay fəslində bu istiqamətdə fəaliyyət daha da intensivləşdirilir. Bu kimi hallar respublikanın meşə fondunun qorunmasında əhəmiyyətli rol oynayır.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR