Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı, yaralılar var - FOTOLAR (YENİLƏNDİ)

Sumqayıt şəhər Təcili Tibbi Yardımdan  verilən məlumata görə, xəstələr 2 gündür xəstəxanada saxlanılır: "Yaralılar ayın 19-u saat 12.45-də ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılovun vəziyyəti ağırdır. O, hazırda reanimasiyada saxlanılır. Xəstəyə bel, omba, çanaq və aşağı ətrafın əzikləri, sınığı diaqnozu qoyulub. Digər iki nəfər- 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli sol baldır və dizin əziyi, topuq sınığı, 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov döş qəfəsi və belin çoxsaylı əzik və sınıqları ilə xəstəxanaya gətirilib".

Sumqayıt Şəhər "Lift-Servis" Birliyinin rəisi Cümşüd İsmiyev Publika.az-a bildirib ki, hadisə Sumqayıt şəhərində baş versə də, binalarda lift quraşdırılması onların səlahiyyətində deyil:

"Şəhərdə köhnə liftlərin dəyişdirilməsi üçün yeni liftlər alınır. Amma Sumqayıtda bəzi ərazilərə biz, bəzi ərazilərə isə Bakı Lift İdarəsi baxır. Bu hadisə ilə bağlı bizə yox, onlara müraciət edin". Publika.az

*** 

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.

Hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR