İstanbulda "Xocalıya Ədalət" fotosərgisi

Fevralın 20-də İstanbuldakı Yıldız Texnik Universitetinin Auditprium Mərkəzində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı soyqırımına həsr edilən "Xocalıya Ədalət" fotosərgisi keçirilib. Sərginin açılışında Baş Konsul Məsim Hacıyev və Yıldız Texnik Universitetinin rektoru, prof Bahri Şahin çıxış edərək Azərbaycan və Türkiyə xalqının ədalətli varolma mübarizəsindən, Qərbin və düşmənlərimizin əsrlər boyunca xalqlarımıza qarşı apardıqları soyqırım siyasətindən danışıblar. Sərgidə ziyalılar, elm, mədəniyyət dünyasının nümayəndələri, çoxlu sayda vətəndaşlar iştirak ediblər.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR