Diqqət: Bu pis vərdiş insultun riskini artırır!

Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər. Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır.

Japan Times xəbər verir ki, Osaka Universiteti alimləri 25 il ərzində 45 yaşdan 74 yaşına qədər olan 80 mindən artıq insanların sağlamlığına nəzarət edirdilər. Araşdırma göstərib ki, səhər yeməklərindən tez-tez imtina edən insanlarda gemorragik insultun riski xeyli artır.

Alimlər səhər yeməklərinin vacibliyini vurğulayırlar və insanlara bu vacib qida qəbulundan imtina etməməyi tövsiyə edirlər. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR