Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı

Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.

A.Əlizadə 1 ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb:

"Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi-texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsuslar olsun ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq".

O əlavə edib ki, bölmələr özü seçim etməlidirlər: "Akademiya maksimum 10-12 proqramı maliyyələşdirə biləcək. O proqramların arxasında da böyük elmi əsaslandırma olmalıdır. Burada elə yeni istiqamət olmalıdır ki, onlar gələcək elmə töhfə versinlər". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR