Paytaxtətrafı məktəblərdə görüşlər keçirilib

BŞTİ rəhbərliyi tərəfindən keçirilən görüşlər  Xəzər rayonunda davam edib. "OLAYLAR"-a daxil olan məlumata görə, "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Görüşlər Xəzər rayonu üzrə Qala qəsəbə 216 nömrəli tam orta, Zirə qəsəbə 324 nömrəli tam orta və Qışlaq sahə 122 nömrəli ümumi orta məktəblərdə olub. Öncə İdarə rəhbərliyi məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb. Görüşlərdə Məhəbbət Vəliyeva paytaxtın mərkəzi hissəsindən qismən kənar yaşayış məntəqələrindəki məktəblərdə keçirilən görüşlərin həmin təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini daha yaxından müşahidə etməyə imkan verdiyini vurğulayib.

Daha sonra İdarə müdiri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli"  çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb. Bu əlamətdar il münasibətilə təhsil müəssisələrində mühazirə, toplantı, "Dəyirmi masa", xüsusi dərs, məşğələ və konfransların keçiriləcəyi haqqında məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR