Terrorçuluğa qarşı mübarizə gücləndirilir

Çirkli pulların bu fəaliyyətə yönəlməsini dondurmayanlar cəzalanacaqlar

Dünya ölkələrinin birgə səyi ilə terorçuluğa qarşı aparılan mübarizənin milli səviyədə də təmin edilməsi zərurəti artıq heç kimə sirr deyil. Elə bu səbədən də milli dövlətlər bu mübarizənin üsul və vasitələri barədə baş sındırmaqdadırlar. Azərbaycan da terrorçuluğa qarşı mübatizədə qanunvericilik bazasını təkmilləşdirir. Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik bazası Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Xatırladaq ki, hazırda ölkədə "Terrorçuluğa qarşı mübarizə haqqında" qanun qüvvədədir. Qanunvericiliyin təlmilləşdirilməsi prosesi isə davam etdirilir. Bundan sonra Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) 7-ci bəndində dəyişiklik edilib. Sənəddə bildirilir ki, bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb. 2017-ci il 14 aprel tarixində "Cinayət yolu ilə əldə edilmiş pul və vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna edilən dəyişikliyə əsasən, bütün fiziki və hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları terrorçuluğun malyyələşdirilıməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulmasına üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Sənəd qeyd edilən qanunun icra məqsədilə hazlırlanıb. Maddənin həmin bəndinə əsasən, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Millət vəkili Vüsal Hüseynov qeyd edib ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinin (İXM) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı olan maddəsinə dəyişikliklər edib. Bu sənəd "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) 14 aprel 2017-ci il tarixində edilmiş dəyişikliklə bağlıdır. Dəyişikliyə əsasən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının (səlahiyyətli dövlət orqanı, bu halda Maliyyə Bazarlarına Nəzarət Palatası) rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan Qanunla müəyyən edilmiş monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər yəni banklar, sığortaçılar, valyuta mübadiləsi ilə məşğul olan şəxslər o cümlədən lombardlar və zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslər, habelə dövlət qurumları və vəzifəli şəxslər sanksiya tətbiq edilməli olan şəxslərin (terrorçuların) aktivlərinin dondurulması üzrə tədbirlər görməli, maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməlidirlər və bu barədə dərhal maliyyə monitorinqi orqanına (Maliyyə Bazarlarına Nəzarət Palatasına) məlumat verməlidirlər. Əks halda həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.7-ci maddəsinə əsasən cərimə ediləcəklər: " Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, sadə dillə desək terrorçuların siyahısı Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və dövri olaraq yenilənir. Qurum sanksiya tətbiq edilməli olan şəxslərin "Ümumi Siyahı"sını tərtib edir və bir sıra hüquqi sənədlərə müvafiq olaraq həmin siyahını yeniləyir. Məsələn, bu siyahıya "Al-Kaida" terror qruplaşmasının və digər terror fəaliyyəti ilə məşğul olan şəxslərin adları daxil edilmişdir. Bundan başqa, vəzifəli şəxslər siyahıda yer alan terrorçuların aktivlərinin dondurulması üçün qanunda qeyd edilən tədbirləri görməli və bu barədə Qurumu xəbərdar etməlidir. İXM-ə dəyişikliyi nəzərdə tutan yeni layihə əslində uyğunlaşdırma xarakterlidir və Məsuliyyət tətbiq edilə biləcək şəxslərin dairəsi genişləndirilir. Qanuna edilən və İXM-də öz əksini tapacaq dəyişiklik beynəlxalq təcrübəyə və Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələrinə əsasən hazırlanıb. Məlumat üçün qeyd edək ki, müvafiq öhdəliyin icra edilməməsinə görə İXM-də vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün isə on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR