Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı effektli mübarizə

Son illər Azərbaycan beynəlxalq terrorizmə qarşı aprılan mübarizəyə də öz dəyərli töhfəsini verir. Əfqanıstanda NATO tərkibində qulluq edən sülhməramlılar içərisində Azərbaycan hərbiçiləri də yer alır. Artıq uzun illərdir ki, davam edən bu prosesə elə Hərbi Alyans tərəfindən də yüksək qiymətləndirilir.

Ölkəmiz bununla paralel olaraq daxildə də buna oxşar hal və hərəkətlərin qarşısının alınması istiqamətində səmərəli addımlar atır, bu kimi mənfi tendensiyalara qarşı daha səmərəli və effektli mübarizə aparılması üçün mövcud qanunvericilik aktlarını bir qədər də təkmilləşdirir. Bu sırada zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslər və lombardalar barədə Qanuna ediləcək dəyişikliklər, eləcə də İnzibati Xətalar Məcəlləsinin Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı olan 598.1.7.-ci maddəsinə dəyişikliklər sadalamaq olar. Bir qayda olaraq ölkədə atılan və ümumi duruma, müxtəlif sahələrdə vəziyyətin daha da yaxşılaşdırılmasına, bu və ya digər mənfi hallara qarşı daha səmərəli mübarizəni özündə ehtiva edən bu kimi məsələlər gündəmə gələrkən ənənəvi dairələr onu süngü ilə qarşılayır, heç bir əsası olmayan yanaşmalar ortaya qoyurlar. Bəs əslində məsələnin mahiyyəti nədən ibarətdir? Və sözügedən dəyişikliklər hansı müsbət məqamları özündə əks etdirəcək?

Millət vəkili Cüsal Hüseynov deyib ki, Milli Məclisin növbəti iclasında İnzibati Xətalar Məcəlləsinin (İXM) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı olan 598.1.7.-ci maddəsinə dəyişikliklər müzakirə mərhələsindədir. Bu layihə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) 14 aprel 2017-ci il tarixində edilmiş dəyişikliklə bağlıdır: "Həmin dəyişikliyə əsasən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının (səlahiyyətli dövlət orqanı, bu halda Maliyyə Bazarlarına Nəzarət Palatası) rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan Qanunla müəyyən edilmiş monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər yəni banklar, sığortaçılar, valyuta mübadiləsi ilə məşğul olan şəxslər, o cümlədən lombardlar və zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslər, habelə dövlət qurumları və vəzifəli şəxslər sanksiya tətbiq edilməli olan şəxslərin (terrorçuların) aktivlərinin dondurulması üzrə tədbirlər görməli, maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməlidirlər və bu barədə dərhal maliyyə monitorinqi orqanına (Maliyyə Bazarlarına Nəzarət Palatasına) məlumat verməlidirlər. Əks halda həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.7-ci maddəsinə əsasən cərimə ediləcəklər". Millət vəkili qeyd edib ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin (sadə dillə desək - terrorçuların) siyahısı Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra Qurum) rəsmi internet səhifəsində yerləşdirilir və dövri olaraq yenilənir. Qurum sanksiya tətbiq edilməli olan şəxslərin "Ümumi Siyahı"sını tərtib edir və bir sıra hüquqi sənədlərə (məsələn, BMT Təhlükəsizlik Şurasının sanksiya komitələrinin qərarları) müvafiq olaraq həmin siyahını yeniləyir. Məsələn, bu siyahıya "Al-Kaida" terror qruplaşmasının və digər terror fəaliyyəti ilə məşğul olan şəxslərin adları daxil edilib. Həmçinin vəzifəli şəxslər siyahıda yer alan terrorçuların aktivlərinin dondurulması üçün qanunda qeyd edilən tədbirləri görməli və bu barədə Qurumu xəbərdar etməlidir.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihə əslində uyğunlaşdırma xarakterlidir və məsuliyyət tətbiq edilə biləcək şəxslərin dairəsi genişləndirilir. Qanuna edilən və İXM-də öz əksini tapacaq dəyişiklik beynəlxalq təcrübəyə və Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələrinə əsasən hazırlanıb. Məlumat üçün qeyd edək ki, müvafiq öhdəliyin icra edilməməsinə görə İXM-də vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün isə on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə nəzərdə tutulur".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR