Bakıda fitosanitar və sanitariya nəzarəti qaydaları ilə bağlı milli seminar keçirilir

Fevralın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində "Gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarəti qaydaları" üzrə milli seminar öz işinə başlayıb. DGK-dan "Olaylar"a verilən məlumata görə, seminarda çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı fitosanitar, sanitar və baytarlıq nəzarəti istiqamətində son illərdə görülən işlərdən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. BMTİP-nın Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini, dünyadakı mühüm nəqliyyat dəhlizlərinin Azərbaycandan keçdiyini, bunun da öz növbəsində iqtisadi və digər sahələrdə təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşma tələb etdiyini bildirib. Azərbaycan Respublikası sərhədlərinin mühafizəsinin mükəmməl şəkildə təşkil olunduğunu bildirən Məzahir Əfəndiyev DGK-nın da ölkəmizin iqtisadi təhlükəsizliyini yüksək səviyyədə təmin olunması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Kənd Təsərrüfati Nazirliyi (KTN) yaninda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşı Xəyalə Dadaşova kənd təsərrüfatının inkişafına paralel olaraq ölkəmizin ixrac potensialının artdığını, ixracin stimullaşdırılması və davamlılığının təmin edilməsi üçün fitosanitar, sanitar və baytarlıq nəzarəti tədbirlərinin qüsursuz həyata keçirilməsinin vacibliyini vurğulayıb. Seminar 2 gün davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR