“Gənclər XƏTDƏ” konfransı keçirilib

Gənclər Təşkilatları Milli Şurasının "Xətdə" proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclər XƏTDƏ" konfransı keçirilib. "OLAYLAR" xəbər verir ki, konfransda spiker qismində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, Gilan Holding FMCG Qrupu Strateji Marketinq Departamentinin rəhbəri Rafiq Hunaltay, FİL Marketinq Agentliyinin rəhbəri Aysel Cəbrayılova, Prosper Digital Agency şirkətinin Biznesin İnkişafı şöbəsinin rəhbəri Süleyman Əliyev və İSTƏK liseyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev iştirak edib.

Layihənin məqsədi dövrümüzə onlayn fəaliyyətlərin genişlənməsi istiqamətində gənclərə informasiyanın verilməsi, uğur qazanmış spikerlərin məsləhətlərinin dinlənilməsi nəticəsində bir sıra gənclərin öz gələcək fəaliyyətlərini müəyyən etməsidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR