AzTU Ardahan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Ardahan Universitetinin rektoru, professor Mehmet Biber və nümayəndə heyətini qəbul edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, uğurla həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Rektor AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyini və AzTU-da "Mövlanə Mübadilə Proqramı" üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.

Sonra Ardahan Universitetinin rektoru, professor Mehmet Biber rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Rektor Ardahan Universitetində rusdilli mühəndis kadrların hazırlanması üçün mühüm işlər görüldüyünü vurğulayıb. Bu məqsədlə Mehmet Biber AzTU-da inşaat mühəndisi, kompyuter mühəndisi, mexanika mühəndisi, elektronika mühəndisi və digər ixtisaslar üzrə təhsilin Azərbaycan dili ilə yanaşı rus dilində də tədris olduğunu qeyd edərək birgə əməkdaşlıq niyyətində olduğunu bildirib.

Görüşdə hər iki universitet arasında aparılan müzakirələrdən sonra "Mövlanə Mübadilə Proqramı" çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR