Rəqabət Məcəlləsinin bəxti açılır?

Komitə sədri: Gözləməliyik"

Ölkədə Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyi məsələsi yenidən gündəmə gəlib. "Olaylar" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, məsələ komitə sədrlərinin parlamentin spikeri Oqtay Əsədovla görüş zamanı da gündəmə gəldi. "Spiker də Rəqabət Məcəlləsinin qəbulunda maraqlıdır: "Lakin bu Məcəllə prezident tərəfindən parlamentə daxil olmalıdır. Ondan sonra məsələyə baxa bilərik. Məcəllə Prezident Administrasiyasında hazırlanır. Hazır olduqdan sonra biz mütləq sənədi müzakirə edəcəyik. Bizim yenidən qanun təşəbbüskarlığı qaydasında çıxış etməyimiz yaxşı alınmaz. Odur ki, gözləməliyik". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR