Deputat: “Azərbaycanda istehsal olunan məhsullar uşaqlara ziyan verir”

"Azərbaycanda məhsulların texniki göstərişlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin keçirilən iclasında "Texniki tənzimləmə" və "Standarlaşdırma" haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib. Deputat deyib ki, elə məhsullar var ki, onlar uşaqların səhhətinə böyük ziyan verir: "Bu baxımdan emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb rəqabətdə udmaq da olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR