“Standartlaşma haqqında” yeni qanun layihəsi hazırlanıb

Milli Məclisdə "Standartlaşma haqqında" və "Texniki tənzimləmə haqqında" yeni qanun layihələri müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Standartlaşam haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələri müzakirə olunub. "Standartlaşam haqqında" qanun layihəsi standartlaşmanın məqsədlərinə nail olunması üçün ölkədə mütərəqqi standartların qəbul edilməsinin təmin olunması, inkişaf istiqamətlərinin müəyyən edilməsi, strateji planlaşdırma ilə bağlı sənədlərin, o cümlədən standartlaşma üzrə normativ sənədlərin hazırlanmasını nəzərdə tutan dövlət proqramlarının qəbul edilməsi və icra olunması. Sənədlərin tətəbiqinin gücləndirilməsi, kadr potensialının güclənməsinə və inkişaf etməsinə xidmət edir. Qanun layihəsi standartlaşma sahəsində hüquqi bazanın formalaşdırılamsına və bu saəhdə hüquqi mexanizmin tənzimlənməsini nəzərdə tutur. Qanun layihəsi 6 fəsil 27 maddədən ibarətdir. "Texniki tənzimləmə haqqında "qanun layihəsinin məqsədi isə insanların sağlamlığınnın, ətraf mühitin. ətraf mühitin və dövlət maraqlarının mühafizəsinin təmin edilməsini nəzərdə tutur. Yenun qanun eyni zamanda istehlakçıların hüquqlarının və qanuni maraqların müdafisəi,ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabliyyətliliyinin artırırlmasına xidmət edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR