Şəxsiyyət vəsiqəsi 25 AZN olacaq?

Azərbaycan vətəndaşlarına və ərazisində daimi yaşayan lakin vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın statusu almış şəxslərə sənədlərin verilməsi ilə bağlı dövlət rüsumuna dəyişikliklər nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanun layihəsinə dəyişikliklər nəzərdə tutulub. "Dövlət rüsumu haqqında" qanun 14-cü maddəsinin müəyyən bəndlərinə şamil olunur. Qanunun 14.3-2-ci maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən müəyyən olunmuş hallar istisna olmaqla. 15 yaşı tamam olmamış Azərbaycan respubliksı vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişiklik edilməsinə görə: on gün müddətinə verildikdə və ya dəyişdirildikdə 4 AZN; üç iş günü müddətinə verildikdə 20 AZN; bir iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə 25 AZN dövlət rüsumu nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR