Şəhidlərdən bəhs edən kitab təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonunda Əlixanlı Xoşbəxt Valeh qızının "Biləsuvar şəhidlərinin igidlik dastanı" layihəsi çərçivəsində çap olunan "Biləsuvarın qəhrəman şəhidləri" adlı kitabın təqdimatları uğurla həyata keçirilib. Kitabda Qarabağ müharibəsində, "Aprel döyüşləri"ndə və 20 Yanvar hadisələrində şəhid olmuş qəhrəman oğullarımız haqqında məlumatlar öz əksini tapmışdır.

Biləsuvar rayon Gənclər və İdman İdarəsində, Heydər Əliyev Mərkəzində, orta məktəblərdə keçirilən təqdimatlarda vətən torpaqları uğrunda şəhid olmuş əsgərlərimizin xatirəsi yad olunub. Çıxış edən tədbir iştirakçıları şəhidlərimiz haqqında rayon məktəbliləri arasında daha sistemli şəkildə təbliğatın aparılmasına, onların daha yaxından tanıtdırılmasına, bununla da yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına böyük ehtiyac olduğunu vurğulayıblar.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Biləsuvar rayonundan olan şəhidlərin qısa həyat və cəsarətli döyüş yolunu öyrənmək və onları cəmiyyətimizə, gənc nəslə daha da yaxından tanıtmaq üçün kitabın əvəssiz rolu olacağını qeyd edən tədbir iştirakçıları, gələcəkdə kitabın daha böyük tirajla çap olunmasına ehtiyac olduğunu bildiriblər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR