Bakıda 11 yaşlı uşağın qaraciyərindən qurd kistası çıxdı

Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən qurd kistası çıxarılıb. Bu barədə Uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib. Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır: "Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.

Qaraciyərin 7-8 segmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edildi". F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb. Modern.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR