Yaşadığınız evə necə qeydiyyata düşə bilərsiniz?

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məlumatsız vətəndaşlar üçün yaşayış yeri üzrə qeydiyyata düşməyin yolları barədə məlumat paylaşıb. İdarədən bildirilib ki, bu barədə Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ətraflı yazılıb: "Bu maddəyə əsasən, vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Dövlət Reysteri Xidmətindən çıxarışı, həmçinin order, kirayə və icarə müqaviləsini təqdim etməlidir".

İdarədən bildirilib ki, vətəndaşın yaşadığı evin sənədi yoxdursa, ev yalnız Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən sənədləşdirilidikdən sonra vətəndaşın həmin evə qeydiyyata alınması qanuni hesab edilə bilər. Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR